YAP-ın İdarə Heyətinin toplantısı keçiriləcək

16:45 02.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin toplantısı keçiriləcək. 

Hafta.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya YAP İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən biri deyib. 

Onun sözlərinə görə, İdarə Heyətinin iclasında  YAP-ın 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərində iştirak edəcək deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq. 

“Ola bilsin ki, elə ilk iclasda namizədlərimiz təsdiqlənsin”, - deyə YAP funksioneri bildirib.